شنبه 22 اردیبهشت 1403

14 August 2023

Əzadarlıq heyətləri İmam Rzanın (ə) hərəminə axışdı

Əzadarlıq heyətləri İmam Rzanın (ə) hərəminə axışdı


Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadətinin növbəti ildönümünün gəlişi münasibətilə matəm məclisləri keçirilib.

Dəyərlər saytı Shafaqna-ya istinadən xəbər verir ki, Hz. Fatimənin (s.ə) şəhadəti münasibətilə hərəminin günbəzilə yanaşı, bütün minarələri, sütunlu dəhlizləri və meydanlarına da qara parçalara yazılmış dualar və şüarlar yerləşdirililib. Əzadarlıq heyyətləri yas saxlamaq üçün hərəmə axışıblar. Hərəmdə Məşhədin imam-cüməsi Ayətullah Ələm Əl-Hoda Həzrət Fatimənin (ə) həyatından danışıb. Daha sonra məddahlar xanımın müsibətli şəhadətindən mərsiyələr və nohələr deyiblər. Məclis iştirakçıları Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə göz yaşı axıdıblar.

Qeyd edək ki, Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə "Fatiməyi-əvvəl" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür.

 


آخرین اخبار