جمعه 31 فروردین 1403

14 August 2023

Kərbəlada terror törətmək istəyən qadın qiyafəli İŞİD üzvü ələ keçirildi

Kərbəlada terror törətmək istəyən qadın qiyafəli İŞİD üzvü ələ keçirildi


İraqın təhlükəsizlik qüvvələri Kərbəla şəhərində dəhşətli terror aktı həyata keçirmək istəyən qadın qiyafəli İŞİD terrorçusunu ələ keçiriblər.

Dəyərlər saytı ABNA-ya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri əvvəlcədən verilən məlumat üzrə hərəkət edərək, tam peşəkar şəkildə qadın formasında olan terrorçunu tələyə salaraq, sağ ələ keçiriblər. Təhlükəsizlik qüvvələri terrorçunu Kərbəla şəhər məhkəmə idarəsinə təhvil veriblər.

İŞİD yaraqlılarının son günlər üzlərində dəyişiklik etmələri və qadın libası geyinmələri adi vəziyyətə çevrilib. Belə ki bir neçə gün əvvəl qadın libası geyinərək, Mosuldan Suriyaya qaçmaq istəyən İŞİD yaraqlıları da təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilmişdir.