شنبه 15 اردیبهشت 1403

14 August 2023

İƏT Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

İƏT Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb


İslam Əməkdaşlıq Təşkilatı Xocalı qətliamının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.

İslam.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın baş katibi Yusif Əl Osaymin faciə nəticəsində yaxınlarını itirən şəxslərə başsağlığı verib.

Bəyanatda deyilir ki, Xocalı qətliamı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində baş verib. İƏT xarici işlər nazirlərinin əvvəlki iclaslarında qəbul etdikləri qətnamələrdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən əməllərin insanlığa qarşı cinayət kimi öz əksini tapdığı bildirilir.

Bəyanatda ərazi bütövlüyün bərpası və işğala son qoyulması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər və səylərinə tam dəstək ifadə olunub.