Cümə xütbəsində “Fatimeyi Zəhra” məscidinin imamı Hacı Ramil Bədəlov məscidlə bağlı yaranmış suallara aydınlıq gətirib.
İslam.az-ın xəbərinə görə, o çıxışı zamanı deyib: “Mən məscidlə bağlı məsələyə toxunmaq istəyirəm. Keçən cümədən bəri çox suallar gəlir, məsələnin nə yerdə olduğunu ve necə olacağını soruşurlar. Həftə içi Qafqaz Müsəlmanları Idarəsi, Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsi və yerli Icra Hakimiyyətinin səlahiyyətli nümayəndələri ilə gorüşlər baş tutdu. Bizə məsələnin həlli istiqamətində müsbət addımlar atılacağını və yaxın zamanda məscidin təmirinin başlayacağını bildirdilər. Tam nəticə ilə bağlı ictimaiyyətə geniş açıqlama veriləcək”.
مطالب مشابه