جمعه 10 فروردین 1403

14 August 2023

İraqda 1.5 milyon qaçqın evlərinə qayıtdı

İraqda 1.5 milyon qaçqın evlərinə qayıtdı


Beynəlxalq Qaçqınlar Təşkilatının sözçüsü Mil Len fevralın 17-də verdiyi açıqlamasında, Mosul işğalından etibarən evlərini tərk etməyə məcbur qalan iraqlılardan 1.5 milyonunun yenidən evlərinə qayıtdığını deyib.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Mil Len İraqda 2014-cü ildən etibarən qaçqınların sayının 3 milyon ətrafında olduğunu bildirib. O, son aylarda bölgələrin terrorçulardan azad edilməsindən sonra, 1.5 milyon iraqlının yenidən evlərinə qayıtdığını bildirib.

Beynəlxalq Qaçqınlar Təşkilatının sözçüsü qaçqınların evlərinə qayıtmasındakı ən böyük maneənin terrorçular tərəfindən yerlərə döşənən minalar və regionların infrastrukturunun məhv edilməsi olduğunu bildirib. Mil Len bunun üçün qaçqınların bir çoxunun bəzi rayonların azad edilməsinə baxmayaraq, hələ də evlərinə qayıtmadığını bildirib.