İslam dinini yenicə qəbul etmiş amerikalı gənc xanım Jasmin Kərbəla şəhərinə gələrək, İmam Hüseynin (ə) hərəmini ziyarət edib.
Deyerler.org İmamhussain saytına istinadən xəbər verir ki, amerikalı xanım İraqda və xüsusən İmam Hüseynin (ə) mütəhhər hərəmində özünü çox rahat hiss etdiyini qeyd edib. ABŞ-ın Corcia ştatının Atlanta şəhərindən olan Jasmin Quran oxumaq və Əhli-Beyt (ə) ilə bağlı bilgilərini artırmaqla özünü tapdığını bildirib.
"Həmişə mən Kərbəlanı xatırlayanda, Aşurada baş verən müsibətlər yadıma düşür və mən ağlayıram. Mən Kərbəlada olduğum üçün sevinirəm", - deyə yenicə İslam dinini qəbul etmiş amerikalı xanım Jasmin bildirib.
مطالب مشابه