چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Mədinədə sürətli qatar stansiyasının inşası başa çatdı

Mədinədə sürətli qatar stansiyasının inşası başa çatdı


Səudiyyə Ərəbistanda tikintisi davam edən Məkkə, Ciddə, Kral Abdulla İqtisadiyyat Şəhəri və Mədinə şəhərlərini bir-birinə bağlayan 450 km uzunluğundakı Hərəmeyn sürətli qatar layihəsi çərçivəsindəki Mədinənin sürətli qatar stansiyası uğurla təhvil verilib.

Dəyərlər saytı Yenisafak-a istinadən xəbər verir ki, Hicaz dəmiryolu çərçivəsində 1908-ci ildə inşa olunan ilk tarixi stansiyadan sonra, Mədinə şəhərinin ikinci stansiyası da inşa olunub. Mədinənin sürətli qatar stansiyası gündə 200 min nəfərə xidmət edə biləcək.

Layihə çərçivəsində 155 min kvadrat metrlik genişlikdə olan stansiyada avtomobil dayanacağı, yanğınsöndürmə binası, vertolyot eniş zolağı və məscid tikililəri həyata keçirilib. Xüsusilə həcc və ümrə zamanı iki müqəddəs şəhər arasında nəqliyyatın asanlaşdırılmasına kömək edəcək layihə gündəlik 200 min insanın səyahət etməsi üçün planlaşdırılır. Layihənin istismara başlanması üçün xətt və digər stansiyaların başa çatdırılması gözlənilir.