جمعه 10 فروردین 1403

14 August 2023

Malayziyada «biznes-сet»lərdə sərnişinlər üçün Quran dərsi təşkil olunacaq

Malayziyada «biznes-сet»lərdə sərnişinlər üçün Quran dərsi təşkil olunacaq


Malayzianın “Elitejets” hava yolları şirkəti  "biznes-cet"lərdə sərnişinlər üçün Quran dərsləri təşkil edəcəyini açıqlayıb. 

Maidəaz saytı “Malay Mail” saytına istinadən xəbər verir ki, Quran dərsləri Malayzia milyonerləri üçün təşkil olunacaq.  

Sərnişinlər Həcc ziyarətinə və ya digər yerlərə özəl təyyarə ilə uçduqları zaman əgər istəyərlərsə onlara təcrübəli Quran müəllimlərin iştirakı ilə dərslər təşkil olunacaq.

“Elitejets” hava yolları şirkətinin baş direktoru  Hani Salman deyib ki, bir saat uçuş və Beynəlxalq Quran yarışmalarında qalib olmuş ustadların iştirakı ilə uçuş zamanı Quran dərsi  təqribən 5000 dollara başa gəlir.

H.Salman deyib ki, qiymət 1 saat özəl təyyarə ilə uçuş paketi üçün nəzərdə tutulur. “ Paketə təyyarənin yanacaq xərci, uçuş lisenziyası, sığorta, və digər xərclərdə daxildir.

O deyib ki, əldə olunan vəsaitin bir hissəsi Quran məktəblərinə hədiyyə olunacaq və bir hissəsi də yetimlər və yoxsulların Quran təliminə istifadə olunacaq.

Qeyd edək ki, “Elitejets” hava yollarının özəl təyyarələrdə keçiriləcək Quran dərsləri 3 ay sonra başlayacaq. Əlbətdə şirkətin bu addımına Malayziada etirazlar da olunub.