جمعه 7 اردیبهشت 1403

14 August 2023

Kərbəla Beynəlxalq Aeroportunun inşası sürətləndirilib

Kərbəla Beynəlxalq Aeroportunun inşası sürətləndirilib


Xüsusilə məhərrəm-səfər əyyamında yerli və xarici olmaqla milyonlarla zəvvarın rahatçılığını təmin etmək məqsədilə Kərbəlada beynəlxalq aeroportun inşası işləri davam etdirilir.

Dəyərlər saytı ABNA-ya istinadən xəbər verir ki, Beynəlxalq Kərbəla Aeroportunun təməl qoyma mərasimi yanvarın 23-də keçirilmişdir və layihənin 18 ay ərazində tamamlanması planlaşdırılır.

Aeroportun tikinti xərcləri 500 milyon dollar olaraq müəyyənləşib və inşaat işlərini Britaniyanın “Cooper Jess” şirkəti həyata keçirir.