پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Qahirədə Məhəmməd peyğəmbər (s) barədə yeni unikal kitab çap edilib

Qahirədə Məhəmməd peyğəmbər (s) barədə yeni unikal kitab çap edilib


Misirin paytaxtı Qahirə şəhərində tanınmış qeyri - müsəlman şəxsiyyətlərin Məhəmməd peyğəmbər (s) barədə deyimləri toplanmış unikal kitab çap olunub.

İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, fevralın ilk günlərində çıxmış 300 səhifəlik kitabda tarixi şəxsiyyətlərin İslam Peyğəmbəri barədə 4 000 mülahizəsi yer alıb. Onların sırasında avropalı xristian ruhanilərinin və monaxların da rəyi var.

Geniş ictimaiyyətin istifadə edə biləcəyi elmi topluda qeyri-islam dininə qail ziyalıların Allahın sonuncu elçisi barədə yüksək fikirləri oxucuları riqqətə gətirir.

Bundan başqa kitabda yeni peyğəmbərin nazil olacağı barədə Bibliyada verilmiş işarələr də yer alıb.

Kitabda Edvard Remsin, Volterin, Alfons de Lamartinin, Bernard Şounun, Napoleonun, Hötenin, Annemari Şimmelin Məhəmməd Peyğəmbər (s) haqqında deyimləri diqqət çəkir.