جمعه 7 اردیبهشت 1403

14 August 2023

Malayziyalı autizm xəstəsi Qurani-Kərimi hifz etdi

Malayziyalı autizm xəstəsi Qurani-Kərimi hifz etdi


"Malaysian Digest" informasiya mərkəzinin xəbərinə əsasən, malayziyalı autizm xəstəsi olan tələbə Əhməd Zahirəddin iki illik çətin bir səyindən sonra, Quran hafizi olub.

Dəyərlər saytı İQNA-ya istinadən xəbər verir ki, Darul Quran Akademiyasının tələbəsi olan Zahirəddin "Quranın qəlbimdə yerləşdiyi vaxt daha yaxşı və səbirli bir insana çevrildim" deyib. Əhməd bildirir ki, onun atası Quranı hifz etməsi üçün uyğun bir məkan tapmaqda ciddi səy edib. Buna görə də onu Darul Quran Akademiyasının məscidində qeydiyyatdan keçirib. Əhməd autizm xəstəsi kimi Akademiyanın ilk tələbəsi olub.

Əhməd Zahirəddinin səyləri boşa getməyib. O, Malayziyanın Kuvala Kubu Baru şəhərində yerləşən Darul Quran məscidində Quran hafizi olmağa nail olub.

Gəncin özü və ailəsi üçün bu uğur böyük bir sevincə səbəb olub. "Minlərlə ayənin əzbərlənməsi asan bir iş deyil. Möhkəm iradə, səmimiyyət və sevgi tələb edir", - deyə o bildirib.