پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

İmam Rzanın (ə) hərəminin günbəzinə qara bayraq sancıldı

İmam Rzanın (ə) hərəminin günbəzinə qara bayraq sancıldı


Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadətinin növbəti ildönümünün gəlişi münasibətilə matəm hazırlığı işləri görülüb.

Maidəaz saytı xəbər verir ki, hərəminin günbəzilə yanaşı, bütün minarələri, sütunlu dəhlizləri və meydanlarına da qara parçalara yazılmış dualar və şüarlar asılıb.

O xanımın şəhadəti ilə bağlı iki tarix qeyd olunmuşdur: Cəmadiul-əvvəl ayının 13-ü (Fevralın 11-i – Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadius-sani ayının 3-ü (Mart ayının 2-i – Peyğəmbərin (s) vəfatından 95 gün sonra). Bu münasibətlə Əhli-beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayırlar.