شنبه 8 اردیبهشت 1403

14 August 2023

Hz. Hüseynin (ə) hərəmində Hz. Fatimənin (s) vəfatı ilə bağlı əza məclisləri keçirilib

Hz. Hüseynin (ə) hərəmində Hz. Fatimənin (s) vəfatı ilə bağlı əza məclisləri keçirilib


Kərbəlada İmam Hüseynin (ə) mütəhhər hərəmində Həzrət Fatimənin (s.ə) müsibətli şəhadəti münasibətilə matəm tədbirləri keçirilir.

Dəyərlər saytı İmamhussain saytına istinadən xəbər verir ki, Əyyami-Fatimənin (s.ə) daxil olması ilə hərəmdə keçirilən matəm məclislərində, alimlər Həzrət Fatimənin (s.ə) kiçik və bərəkətli ömründən danışıblar, Əhli-Beyt (ə) məddahları və zakirləri tərəfindən mərsiyələr və rozələr deyilib, Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə göz yaşı axıdılıb.