جمعه 10 فروردین 1403

14 August 2023

Kərbəlada İmam Mehdi (ə.f) məqamının genişləndirilməsi davam edir

Kərbəlada İmam Mehdi (ə.f) məqamının genişləndirilməsi davam edir


Kərbəla şəhərində Həzrət İmam Mehdi (ə.f) məqamının genişləndirilməsi layihəsi üzrə işlər davam edir. 

Dəyərlər saytı Əl-Kafeel saytına istinadən xəbər verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin təşkilatçılığı və hərəmin mühəndis idarəsinin birbaşa nəzarəti altında həyata keçirilən layihə planına uyğun həyata keçirilir.

Layihə bir neçə hissədən ibarətdir. Birinci hissə çərçivəsində xanımlar üçün təxminən 490 kvadratmetrlik bir otaq, ikinci hissədə isə kişilər üçün 310 kvadratmetrlik otaq və 150 kvadratmetrlik xidmət işləri hissəsi inşa ediləcək. Bu hissələrin hər biri 6 metr hündürlüyə malikdir.

Bu məkanın Həzrət İmam Mehdinin (ə.f) məqamı kimi adlandırılmasının səbəbi Həzrətin (ə.f) burada namaz qılması və sonra qeybə çəkilməsi ilə əlaqədardır. Bu məqam 1991-ci ildə reallaşan şaban ayı intifadasından sonra, devrilmiş diktator Səddam Hüseyn tərəfindən demək olar ki, tamamilə dağıdılmışdı. Amma qısa bir müddət sonra yenidən inşa edilmişdir. BƏƏS rejiminin devrilməsindən sonra Həzrət İmam Mehdinin (ə.f) məqamında bir sıra təmirlər edilib.