شنبه 1 اردیبهشت 1403

14 August 2023

Azərbaycanlılar Yekaterinburqda məscid inşa edəcək

Azərbaycanlılar Yekaterinburqda məscid inşa edəcək


Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində yaşayan Azərbaycanlılar məscidin yeri ilə bağlı məhkəmə çəkişməsində qalib gəlib 

Ötən gün Rusiyanın Sverdlovsk vilayətinin Arbitraj məhkəməsi "Azərbaycan" regional ictimai təşkilatının vilayətin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Nazirliyinə (DƏİEN) qarşı qaldırdığı iddiasını təmin edib.

"Report" xəbər verir ki, iddia Yekaterinburqun Repina küçəsindəki torpaq sahəsinin geri qaytarılması ilə bağlı olub.  

Qeyd edək ki, 2011-ci ildə "Azərbaycan" təşkilatına müsəlman qəbiristanlığı yaxınlığında böyük məscid inşa etmək üçün 2008 kv. metr torpaq sahəsi ayrılıb. İcarə müqaviləsi Yekaterinburq administrasiyası ilə bağlanıb. Məscidin ənənəvi qaydada – minarələrlə tikilməsi planlaşdırılırdı. Onun ərazisi 1,4 min kv. m təşkil etməli idi.  Lakin 2016-cı ildə meriya tikinti icazəsinin alınmadığını, ərazidə tikintinin getmədiyini və icarə borcunun 9 min rubl (Təqribən 150 dollar) təşkil etdiyini əsas gətirərək sahənin geri qaytarılmasını tələb edib.