شنبه 8 اردیبهشت 1403

14 August 2023

İngiltərədə tezliklə iki mərtəbəli məscid istifadəyə veriləcək

İngiltərədə tezliklə iki mərtəbəli məscid istifadəyə veriləcək


İngiltərəinin Linkoln şəhərində tikilməkdə olan ikimərtəbəli məscidin tikintisi artıq başa çatmaq üzrədir və 2017-ci ilin yayında istifadəyə veriləcəyi gözlənilir. 

Maidəaz xəbər verir ki, Linkoln məscidinin tikintisinə 2015-ci ildə başlanılıb. Məscid 10 min 19 kvadrat metr ərazidə tikilir. 

Məscidin tikintisi üçün Linkoln şəhər müsəlmanları 1,5 milyon funt sterlinq vəsait toplayıb. 

Məscidin divarları sarı kərpiclərlə tikilir. Belə ki, Linkoln şəhərində yerləşən binaların çoxunun rəngi də sarı rəngdədir. Məscid üzü qibləyə (Kəbəyə) tikilir.  Həmçinin məscidin avtomobil dayanacağı, dərs otaqları və həyəti var. 

Linkoln şəhər İslami Mərkəzinin rəhbəri professor Tənvir Əhməd deyib ki, məscidin tikinti işləri yaxşı şəraitdə davam etdirilir. Hazırda məscidin üstünün bağlanması prosesi həyata keçirilir. 

O, Linkoln şəhər müsəlmanlarına məscidin tikintisi üçün etdikləri yardıma görə təşəkkür edib.