جمعه 7 اردیبهشت 1403

14 August 2023

Məsciddə həlak olanların dəfnində minlərlə kanadalı iştirak etdi

Məsciddə həlak olanların dəfnində minlərlə kanadalı iştirak etdi


Kanadanın Kvebek şəhərində yanvarın 30-da baş verən terror hücumunda həlak olan 6 nəfərdən 3-ü dəfn edilib.

Dəyərlər saytı xarici mətbuata istinadən xəbər verir ki, cənazə mərasimi Monrealdakı Moris Riçard Arenada təşkil olunub. Mərasimdə Kanadanın baş naziri Castin Trudo, Kvebek şəhərinin qubernatoru Filip Kuillard, Monreal bələdiyyəsinin sədri Denis Koder, Kvebek bələdiyyəsinin sədri Riqs Labom, parlamentarilər, xristian və yəhudi icmalarına mənsub din xadimləri və 5 minə yaxın kanadalı iştirak edib.

Mərasimdə Kvebek İslam Mədəniyyət Mərkəzinin məscidinə qarşı təşkil olunan silahlı terror hücumunda həlak olmuşlara izdihamlı cənazə namazı qılınıb.

Kanadanın baş naziri Castin Trudo cənazə mərasiminə gələnlər qarşısında çıxış edib. Çıxışına "Salam aleykum" deyərək, başlayan baş nazir çıxışını belə davam edib: "Bu günahsız insanları anmaq üçün buraya gəlmək hamımız üçün ağır bir yükdür. Amma bir cəmiyyət və ölkə kimi, bu qaranlıqdan daha güclü və daha birləşmiş tərzdə çıxacağıq".

Trudo Kvebekdəki terror aktının Kanadanı şoka salmasına baxmayaraq, Kanadanın müsəlman cəmiyyətlə həmrəylik içində olduğunu deyib. "Onları heç vaxt unutmayacağıq", - deyə baş nazir bildirib.