پنج شنبه 9 فروردین 1403

14 August 2023

ABŞ-da yanmış məscidin bərpası üçün 1 milyon dollar yardım toplandı

ABŞ-da yanmış məscidin bərpası üçün 1 milyon dollar yardım toplandı


ABŞ-ın Texas ştatında yanğın nəticəsində istifadəyə yararsız vəziyyətə düşən məscidin yenidən inşası üçün toplanan maddi yardımın məbləği 1 milyon dolları keçib.

Dəyərlər saytı Anadolu-ya istinadən xəbər verir ki, İndependent qəzetinin saytında yerləşdirilən xəbərə əsasən, Texasdakı müsəlmanların mühüm ibadət məkanlarından olan Viktoriya İslam Mərkəzində yerləşən məscid yanvarın 29-da səhərə yaxın baş verən yanğından sonra, istifadəyə yararsız vəziyyətə düşüb.

Viktoriya şəhərində yaşayan fərqli dinlərə malik 62 min insan yanğından sonra, müsəlman qonşularına dəstək veriblər. Məscidin yenidən inşası üçün toplanan maddi yardımın miqdarı beş gün ərzində 1 milyon dolları keçib.

Bundan başqa şəhərdəki bir sinaqoq və bir sıra kilsələr də qapılarını müsəlmanların ibadət etmələri üçün açıblar.

Texasdakı məsciddə yanğının baş vermə səbəbi hələ də məlum deyil.