پنج شنبه 9 فروردین 1403

14 August 2023

İmam Rzanın (ə) hərəmində möhtəşəm qar mənzərələri

İmam Rzanın (ə) hərəmində möhtəşəm qar mənzərələri


İranın Məşhəd şəhərində havanın hərərətinin aşağı düşməsilə güclü qar yağıb.

Astan News xəbər verir ki, havanın 3 dərəcəyə enməsilə yağan güclü qar, Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) pak hərəmini ağ örtüyə bürüyüb.

Havanın şaxtalı olmasına və 6 km/s sürətlə əsən küləyə baxmayaraq, zəvvar axını davam etməkdədir. Hava proqnozları qarşıdakı günlərdə havanın buludlu və günəşli olmasına baxmayaraq, fevralın 2-si və 3-də qar havasının davam edəcəyini göstərir.

İmam Rzanın (ə) hərəminin xuddamları zəvvarların rahatlığını təmin etmək və şaxtalı havada zəvvarların yıxılıb zədə almamaları üçün hərəmə gedən piyada yollarına rezin döşəmələr salıblar. Xəbər dəyərlər saytına istinad edilir.