جمعه 31 فروردین 1403

14 August 2023

Yaponiyanın İraqdakı səfiri İmam Hüseynin (ə) mütəhhər hərəmini ziyarət etdi

Yaponiyanın İraqdakı səfiri İmam Hüseynin (ə) mütəhhər hərəmini ziyarət etdi


Yaponiyanın İraqdakı səfiri Fumio İvai İraqın Kərbəla şəhərindəki İmam Hüseynin (ə) mütəhhər hərəmini ziyarət edib.

Dəyərlər saytı ABNA-ya istinadən xəbər verir ki, İmam Hüseynin (ə) mütəhhər hərəminin müzeyi tərəfindən səfir Fumio İvaiyə 1977-ci ildə Yaponiya missiyası tərəfindən aşkar ediən nadir toxuculuq əsərinin bir nüsxəsi hədiyyə edilib.

İmam Hüseynin (ə) mütəhhər hərəminin müzeyinin direktoru Alaa Əl-Din səfirə hədiyyə edilən toxuculuq nüsxəsinin dünyanın ən qədim toxuculuq nümunələrindən olduğunu və 1977-ci ildə Əl-Tar mağarasında yaponiyalı alimlər tərəfindən aşkarlandığını bildirib.

Qeyd edək ki, Yaponiyanın İraqdakı səfiri Fumio İvai yanvar ayının 26-da İmam Hüseynin (ə) mütəhhər hərəmini ziyarət edib.