پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

İslam İtaliyada genişlənən ikinci dindir

İslam İtaliyada genişlənən ikinci dindir


Rəsmi statistika İslam dininin İtaliyada genişlənən ikinci din olduğunu göstərir. Belə ki hazırda İtaliyada yaşayan bütün miqrantların 34%-ni müsəlmanlar təşkil edir.

Dəyərlər saytı İQNA-ya istinadən xəbər verir ki, "Egyptwindows.net" saytının bildirdiyinə əsasən, Fransanın "Press İnfo" jurnalı, təxminən 2.4 milyon əcnəbinin İtaliyada yaşadığını və bunların 820 min nəfərinin müsəlmanlar olduğunu yazıb.

Jurnalda dərc olunan hesabatda, İtaliyadakı müsəlman azlığın ölkəni iqtisadiyyat sahəsində də fəal olduqlarını qeyd edib. Belə ki, ölkədə, təxminən 4-5% müsbət istehsalat təcrübələri müsəlmanlara aiddir. 

İtaliyada 700 məscid mövcuddur. Ancaq ölkənin müsəlman azlığının daimi istəklərinə baxmayaraq, İslam İtaliyada hələ də rəsmi olaraq qəbul edilməyib. Buna isə bəzi partiyaların müxalif olması səbəbdir. İtaliyanın katolik yepiskopu Karlo Libertini də qarşıdakı 10 il ərzində müsəlmanların Avropanı bir müsəlman qitəsinə çevirəcəkləri barədə xəbərdarlıq etmişdi.