شنبه 1 اردیبهشت 1403

14 August 2023

İSESCO baş katibinin müavini: “Məşhəd İslam dünyasının daimi paytaxtı olsun”

İSESCO baş katibinin müavini: “Məşhəd İslam dünyasının daimi paytaxtı olsun”


İslam Əməkdaşlıq Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş katibinin müavini Əminə Əlhicri İranın Məşhəd şəhərinin mövcud potensial və mövqeyinə görə, İslam dünyasının mədəni baxımdan daimi paytaxtı olmağa laiq olduğunu bildirib. 

Deyerler.org xəbər verir ki, Əminə Əlhicri İRNA-ya verdiyi müsahibəsində, Məşhəd şəhərinin özünəməxsus xüsusiyyətləri və şərtlərinin İslam dünyasının mədəniyyət paytaxtı olması baxımından əvəzsiz olduğunu bildirib.

İSESCO rəsmisi, həmçinin 2017-ci ilin dünya xalqlarının Məşhəd şəhərinin imkanları və qabiliyyətlərini tanıması üçün bir fürsət kimi qiymətləndirib. Əlhicri Məşhəd şəhərinin mədəniyyət və mənəviyyatının özünəməxsus olduğunu deyərək, bunun İmam Rzanaın (ə) mütəhhər hərəmindən qaynaqlandığını söyləyib.