پنج شنبه 30 فروردین 1403

14 August 2023

Texasda İslam Mərkəzi təmamən yanıb

Texasda İslam Mərkəzi təmamən yanıb


Hadisə zamanı mərkəzin bir hissəsi tamamilə yararsız hala düşüb. Təhqiqatçılar mərkəzin qəsdən, yoxsa təsadüf nəticəsində yandığını araşdırmağa çalışırlar.

 Publika.az-ın məlumatına görə,yanğın Hyuston şəhərində nəzdində məktəb və məscid olan Quba İslam İnstitutunda cümə günü səhər saatlarında başlayıb.

Hadisə nəticəsində heç kəs xəsarət almayıb. Mərkəzin Facebook səhifəsində açıqladığı bəyanatda yanğının təsadüf olub-olmamasına dair təhqiqat aparıldığı bildirilib.

"Aydınlaşdıraq: istintaq gedir.Xahiş edirik, nifrət yaymayıb; Məhəmməd peyğəmbər kimi sevgi, tolerantlıq, harmoniya və ədalət yayın"-deyə mərkəzdən açıqlama verilib.

Mərkəz bildirib ki, yanğın yenilənmə işləri məqsədi ilə kompyuter və başqa təchizatların yığıldığı anbarda baş verib.