پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Myanmada 87 min müsəlman evlərini tərk etməyə məcbur oldular

Myanmada 87 min müsəlman evlərini tərk etməyə məcbur oldular


BMT-nin humanitar işlər üzərə katibliyinin elan etdiyinə görə, indiyədək ən azı 21 min miyanmalı müsəlman ölkə daxilində öz evindən didərgin düşmüş və 66 min nəfər isə Banqladeşə qaçıblar.

Ahlibeyt.az-ın iqna-ya istinadən məlumatına görə, Myanmada müsəlmanlar əleyhinə başlanan zorakılıq hadisələrindən sonra indiyədək ən azından 21 min  müsəlman ölkə daxilində öz evindən didərgin düşmüş və 66 min nəfər isə Banqladeşə qaçıblar.

BMT-nin humanitar işlər idarəsinin həftəlik hesabatında deyilir: Myanmanın şimali əyalətlərində BMT-nin humanitar yardım qərargahları yerləşdirilib və didərgin düşmüş müsəlmanlara köməklər göstərirlir, amma Myanma dövləti hələ də beynəlxalq təşkilatların bəzi regionlara girişinə icazə vermir.

Myanma dövləti 1982-ci ildə qərara aldığı qanunda Arakan əyalətinin müsəlmanlarını vətəndaşlıqdan çıxarmışdır. BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) son illərdə verdiyi hesabata görə, Arakan regionunda müsəlmanlar əleyhinə zoraklıq hallarının çoxalması 130 min müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olmuşdur.

Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanma müsəlmanları buddistlərin hücumlarına məruz qalıblar və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşmüşdür.