شنبه 8 اردیبهشت 1403

14 August 2023

Meksikalı zəvvarın dilindən İmam Rzanın (ə) ziyarəti

Meksikalı zəvvarın dilindən İmam Rzanın (ə) ziyarəti


İmam Rzanın (ə) meksikalı zəvvarı Avan Yunadi dünya miqyasında müsəlmanların Əhli-Beytin (ə), xüsusilə İmam Rzanın (ə) həyat tərzinin və kəramətinin geniş maarifini apara biləcəyi təqdirdə, qeyri-müsəlmanların İslama qayıdışı üçün yeni bir qapı açacaqlarını deyib.

Dəyərlər saytı Asdan News-a istinadən xəbər verir ki, meksikalı zəvvar Avan Yuna İmam Rzanın (ə) ziyarəti barədə belə danışıb: "7 il əvvəl Məkkəyə getmək mənə nəsib olanda, Allahdan arzum hər il İmam Rzanın (ə) hərəmini ziyarət etmək tofiqi mənə nəsib etməsini istəmişdim. Bəlkə inanmayacaqsınız, amma həcc səfərindən qayıtmağımdan bir aydan az bir müddət keçməmiş, Məşhədə səfər etmək tofiqatım oldu. Məşhədə gəldikdən sonra, pak hərəmi gördüyüm an, İmam Rzanın (ə) hərəmini hər il bir dəfə ziyarət etmək tofiqi mənə bəxş etməsini istədim və xoşbəxtəm ki, bu arzum yerinə yetdi".

Meksikalı zəvvar Meksikadakı Əhli-Beyt (ə) ardıcıllarının və müsəlmanların İmam Rzanın (ə) adına olan səmimi məhəbbətinə toxunaraq, belə danışıb: "Biz Meksikanın Silav şəhərində yaşayırıq, təxminən bir milyon əhalisi olan bu şəhərdə biz xalqın müxtəlif yollarla İslamla tanış olması üçün səy edirik. Son illərdə Meksikada müsəlmanların sayı getdikcə artmaqdadır. Biz Silav başda olmaqla Meksikanın bir neçə milyonluq əhalisi olan Pubala və Sinalo kimi şəhərlərində Həzrət Rəsulallahın (s) mərkəzinin də dəstəyi ilə xalqı həqiqi İslam və Əhli-Beyt (ə) məktəbilə tanış etmək istəyirik. Meksika xalqını İslam ilə tanış olması baxımından görülən ən mühüm işlərdən biri, İslam, Əhli-Beyt (ə) və xüsusilə İmam Rzanın (ə) sirəsi və kəramətilə bağlı kitabları onlar arasında paylamaqdır".