logo logo
  • تاریخ انتشار:‌ 1395/11/07 - 12:00 ق.ظ
  • چاپ
25 il ərzində Qurani Kərim üçün dağı oydular

25 il ərzində Qurani Kərim üçün dağı oydular

25 il ərzində Qurani Kərim üçün dağı oydular

Qurani-Kərimin nüsxələrini qorumaq istəyən pakistanlılar Bəlucistan ştatının paytaxtı Kuettayadan 10 kilometr məsafədә yerləşən Cəbəli Nurul Quran adlı dağın altında onlarla tunel və mağara qazıblar.

Dəyərlər saytı İQNA-ya istinadən xəbər verir ki, Pakistanda 1992-ci ildə köhnəlmiş Qurani-Kərim nüsxələrini qorumaq üçün həll yolu axtran Hacı Məhəmməd Nurullah, qardaşı və üç dostu ilə Süleymanı dağ silsiləsində olan dağın altında qorumağa qərar veriblər.

Onlar az zərər dəymiş müqəddəs kitabları dağın içində açdıqları otaqların içərisinə yerləşdirdikləri vitrinlərə, ciddi zərər dəymiş müqəddəs kitabları və hədis kitablarını isə kisələr içərisində dəhlizlər boyu yığıblar.

Üstündən xeyli vaxt keçməsilə həm müqəddəs kitabların, həm də dağın içərisində oyulan tunellərin sayı və uzunluğu da artıb. 2017-ci ilin iyul ayından etibarən 90 mindən çox Quran və hədis kitabının olduğu Cəbəli Nurul Quran adlı dağ, yerli və xarici turistlərin ziyarət etdiyi məkana çevrilib.

Pakistanın hər yerindən toplanan kitabların yerləşdirildiyi dağda müqəddəs kitablar təmir edildikdən sonra məscid və mədrəsələrə paylanılır. Nümayiş etdirilən nüsxələr arasında qədimliyi ilə tanınan və Hicri 1100-1200-cü illərdə nəşr olunmuş və ya əllə yazılmış 300-350 illik nüsxələr da var.

 

 

مطالب مشابه