چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Banqladeşin İraqdakı səfiri İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etdi

Banqladeşin İraqdakı səfiri İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etdi


Banqladeşin İraqdakı səfiri Əbu Məqsud Fərhad Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.

Dəyərlər saytı imamali saytına istinadən xəbər verir ki, İmam Əlinin (ə) mütəhhər hərəminin ictimaiyyətlə əlaqələr idarəsinin rəsmiləri hərəmin ziyarətində Banqladeş səfirini müşayiәt ediblər.

Səfir daha sonra hərəmin din işləri idarəsində Şeyx Mustafa Əbu Tabuqla görüşüb. Səfir Əbu Məqsud Banqladeş və İraq arasında dost münasibətlərinin olduğunu deyərək, hər iki ölkə arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə inkişafda olduğunu vurğulayıb. "Bizim məktəblərimizin tədris proqramında uşaqlarımıza İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) barədə məlumatlar çatdırılır", - deyə səfir bildirib.