جمعه 7 اردیبهشت 1403

14 August 2023

Bu ilki Həcc ziyarətinin qiyməti və kvotası açıqlanıb

Bu ilki Həcc ziyarətinin qiyməti və kvotası açıqlanıb


Qafqaz Müsəlmanları İdarəsinin Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.

Maidəaz saytı idarənin mətbuat xidmətinə istinadən xəbər verir ki, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycandan Həcc ziyarətinə 1050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. 

2015-ci ildə Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

Qeyd edək ki, ötən ilki Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollar olub.