پنج شنبه 9 فروردین 1403

14 August 2023

"Məşhəd-2017 İslam dünyası mədəniyyət paytaxtı" tədbirlərinin açılışı keçirildi

"Məşhəd-2017 İslam dünyası mədəniyyət paytaxtı" tədbirlərinin açılışı keçirildi


Yanvarın 24-də "Məşhəd-2017 İslam dünyası mədəniyyət paytaxtı" tədbirlərinin açılış mərasimi keçirilib.

İRNA xəbər verir ki, mərasimdə İslam Əməkdaşlıq Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) sədr müavini Əminə Əlhəcri, İranın mədəniyyət və İslami İrşad naziri Seyid Rza Salehi Əmiri, Qüds Rəzəvi ostanının rəhbəri Ayətullah Seyid İbrahim Raisi, Məşhəd şəhərinin imam cüməsi Ayətullah Ələm Əl-Hoda, bəzi ölkə rəsmiləri, müsəlman ölkələrin səfirləri və beynəlxalq qonaqlar da iştirak ediblər.

"Məşhəd-2017 İslam dünyası mədəniyyət paytaxtı" tədbirlərinin açılış mərasimindəİranın mədəniyyət və İslami İrşad naziri Seyid Rza Salehi Əmiri çıxış edib. Nazir radikalizmə qarşı qələbə qazanmaq üçün İslam dünyasında vəhdətin uyğun bir yol olduğunu deyib.

Nazir həmçinin Məşhədin mədəniyyət paytaxtı seçilməsilə vəhdət səsini dünyayaçatdıra biləcəyini bildirib: "Bu gündən etibarən sülh və insanlıq çağırışı olan Rəzəvi çağırışı İslam dünyasına çatdırılacaq".

"Hazırki dövrdə müsəlmanların düşmənləri rəhmət dini olan İslamdan zorakılıq tərəfdarı olan simaları yayanlardır. İslam düşmənləri hazırki dövrdə radikalizmi seçiblər və bu arada sionistlər İslam dünyasında nifaq və ixtilaf yaratmaq baxımından təsirli rola malikdirlər", - deyə naziri bildirib.

Əmiri Salehi İmam Xomeyninin "Vəhdət həftəsi" fikri ilə müsəlmanlar arasında vəhdət bayraqdarı olduğunu söyləyib.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin də həmişə İslam dünyası problemlərinin həll yolunun vəhdət olduğunu vurğuladığını deyən nazir, cəmiyyətdəki mövcud problemləri aradan qaldırmaq üçün də birliyə diqqət edilməli olduğunu söyləyib.

Nazir Xorasan və Məşhədin həmişə mədəniyyətlərin kəsişdiyi, yeni fikirlərin olduğu və insanların əməkdaşlıq etdiyi yerlərdən olduğunu söyləyib. Xəbər dəyərlər saytına istinad edilir.