logo logo
  • تاریخ انتشار:‌ 1395/11/06 - 12:00 ق.ظ
  • چاپ
“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi hazırlanacaq

“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi hazırlanacaq

“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi hazırlanacaq

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam verib. Sərəncama əsasən “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması üçün müsabiqə elan edilib. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi ilə birlikdə loqotipin hazırlanması üçün müsabiqənin keçirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. 2016-cı ildə Təşkilat Komitəsinin ilk iclası keçirilib və hazırlıq işlərinə başlanıb.

 

مطالب مشابه