شنبه 1 اردیبهشت 1403

14 August 2023

Kərbəlada beynəlxalq aeroportun təməl qoyma mərasimi keçirildi

Kərbəlada beynəlxalq aeroportun təməl qoyma mərasimi keçirildi


Yanvarın 23-də Kərbəlanın beynəlxalq aeroportunun təməl qoyma mərasimi keçirilib.

İmamhussain saytı xəbər verir ki, beynəlxalq aeroportun təməl qoyma mərasimi Ayətullah Sistaninin nümayəndəsi Ayətullah Əbdül Mehdinin iştirakı ilə Kərbəla şəhərinin cənubunda keçirilib.

Aeroportun tikinti xərcləri 500 milyon dollar olaraq müəyyənləşib. Təməlqoyma mərasimində İraq rəsmiləri və din alimləri ilə yanaşı, tikintini həyata keçirəcək Britaniyanın “Cooper Jess” şirkətinin nümayəndələri də iştirakı edib.

Qeyd edək ki, Kərbəla şəhəri hər il xüsusilə məhərrəm-səfər əyyamında yerli və xarici qonaqlar olmaqla milyonlarla zəvvarı qəbul edir. Aeroportun tikintisinin tamamlanması ilə Kərbəlaya gələn zəvvarların sayının artacağı ehtimal olunur. Xəbər dəyərlər saytına istinad edilir.