پنج شنبه 30 فروردین 1403

14 August 2023

Əhli-Beyt (ə) və əhli-sünnə alimləri camaat namazı ilə vəhdət mesajını verdi

Əhli-Beyt (ə) və əhli-sünnə alimləri camaat namazı ilə vəhdət mesajını verdi


Suriyanın paytaxtı Dəməşqdə İslam və xristian din alimlərinin birgə toplantısı keçirilib.

Dəyərlər saytı ABNA-ya istinadən xəbər verir ki, toplantının namaz fasiləsində Əhli-Beyt (ə) və sünnü alimlərinin imamlığı ilə vəhdət namazı qılınıb.

Zöhr namazına yığışan İslam alimləri Suriyanın nüfuzlu müftisi doktor Məhəmməd Şərif Səfəvinin imamlığı ilə əda ediblər. Daha sonra Əsr namazı Ali dini rəhbərin Suriya üzrə nümayəndəsi Ayətullah Seyid Əbülfəzl Təbətəbainin imamlığı ilə qılınıb. Əhli-Beyt (ə) və sünnü alimləri bu camaat namazı ilə dünyaya vəhdət mesajını veriblər.