پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Kanal 12 və On4 TV telekanalları bağlandı

Kanal 12 və On4 TV telekanalları bağlandı


Türkiyə mətbuatının yaydığı məlumata görə, bu gün Türkiyə ərazisindən yayımlanan Kanal12 və On4TV televiziya kanalları bağlanıb.

İslamaz saytının verdiyi məlumata görə, hazırda telekanalın qapılarına möhür vurulur və bütün giriş-çıxış bağlanır. Və sonradan bura girib çıxmaq da qadağan olunur.

Qeyd edək ki, Türkiyədəki davam edən fövqəladə hal çərçivəsində yayımlanan 683 Nömrəli qanun hökmündə qərarnamə (QHQ) ilə çox sayda dövlət müəssisə və təşkilatından 367 nəfər ixrac edilərkən, 124 nəfər də vəzifəsinə qaytarılıb.

683 Nömrəli QHQ ilə terror təşkilatlarına və ya Milli Təhlükəsizlik Şurası tərəfindən dövlətin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə olduğuna qərar verilən müəssisə, quruluş və ya qruplara mənsubiyyəti, bağlılığı və ya onlarla əlaqəsi olduğu iddia edilən 2 özəl televiziya kanalı: Kanal 12 və On4 TV bağlanıb.

Bağlanan özəl televiziyalara aid olan hər cür mülkiyyət, gəlir və hüquqlar, sənəd və digər hüquqi fayllar əvəzsiz olaraq Dövlət Xəzinəsinə təhvil verilib.