پنج شنبه 9 فروردین 1403

14 August 2023

Məşhəd-2017 İslam mədəniyyəti paytaxtı tədbirləri keçiriləcək

Məşhəd-2017 İslam mədəniyyəti paytaxtı tədbirləri keçiriləcək


İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktorunun müavini "Məşhəd-2017 İslam mədəniyyəti paytaxtı" tədbirinin açılışında iştirak edəcək.

Dəyərlər saytı Mehr-ə istinadən xəbər verir ki, ISESCO-nun saytında bu barədə məlumat yerləşdirilib: "ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri vә müavini Aminə Əl-Hucrini "Məşhəd-2017 İslam mədəniyyəti paytaxtı" tədbirinin açılış mərasiminə iştirak edərək ISESCO-nun baş direktorunun məktubunu oxuyacaq".

ISESCO-nun saytında "Məşhəd-2017 İslam mədəniyyəti paytaxtı" tədbirinin açılış mərasimi yanvarın 24-də İranın İslam irşad və mədəniyyət naziri və bir sıra rəsmilərin və mədəniyyət işçilərinin iştirakı ilə keçiriləcək.

ISESCO-nun baş direktorunun müavini yanvarın 23-d "Məşhəd-2017 İslam mədəniyyəti paytaxtı" tədbirinin Nəzarət Komitəsi üzvlərinin koordinasiyası iclasında da iştirak edəcək. O, yanvarın 17-də Məşhəd şəhərindəki bir neçə mədəniyyət mərkəzinin açılışında da iştirak edəcək.