چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Ayətullah Seyid Əli Xamenei (md) Avropa İslam Tələbələr Assosiasiyasına müraciət ünvanlayıb

Ayətullah Seyid Əli Xamenei (md) Avropa İslam Tələbələr Assosiasiyasına müraciət ünvanlayıb


Ayətullah Seyid Əli Xamenei (md) Avropada keçirilən İslam Tələbələr Assosiasiyasının 51-ci konfransına müraciət ünvanlayıb.

Ahlibeyt saytının iran mediasına istinadən məlumatına görə,iranın ali dini lideri Ayətullah Xamenei Avropa islam Tələbələr Asossiasiyasına ünvanladığı müraciətdə bildirib ki, imperializm və islam şüarları adı ilə təbliğ olunan küfrə qarşı mübarizə hər kəsin boynunda olan bir vəzifədir.

Müraciətdə bildirilir:

Əziz tələbələr sizdən gözləntilərimiz budur ki, siz elmi təhsilinizlə yanaşı mənəvi, əxlaqi keyfiyyətlərinizi də inkişaf etdirərək ətrafınıza müsbət təsir göstərəsiniz və allah dininnin həqiqi ardıcıllarının sayının artmasına yardımçı olasınız.

Gənclik və tələbəlik hər biri insanın uca hədəflərinə çatmasına yardımçı ola biləcək xüsysiyyətdir. Sizin bu 2 özəllikdən əlavə daha tələbələrin bir üstünlüyü mövcuddur. O da sizin İslam tələbə təşkilatları vastəsilə yaşadığınız cəmiyyətə təsir etmək imkanınızdır.

Hər birimiz islamın düzgün mərifəti və düzgün ilahi yolun bərəkətli qaynağı olmalıyıq. Sizin pak və təmiz qəlbləriniz işıqlı, ümidli və parlaq olsun!