جمعه 31 فروردین 1403

14 August 2023

Artıq İngiltərədə müsəlmanlarla bağlı yayılan xəbərlərin səhvləri düzələcək

Artıq İngiltərədə müsəlmanlarla bağlı yayılan xəbərlərin səhvləri düzələcək


Britaniya Müsəlman Şurasının baş katibinin müavini Miqdad Versi Britaniya mətbuatında İslam və müsəlmanlarla bağlı yayılan yanlış və xətalı xəbərlərin səhvlərini düzəltmək məqsədilə yeni layihəyə başlayıb.

Dəyərlər saytı Anadolu-ya istinadən xəbər verir ki, Britaniya mətbuatına verdiyi açıqlamasında, layihəni şəxsi bir vəzifəsi kimi qəbul etdiyini deyən Versi, bu cür yanlış informasiyaların ifrat sağ düşüncəli insanlar tərəfindən dərhal qəbul edildiyini və bunun müsəlmanların əleyhinə etirazların artmasına səbəb olduğunu qeyd edib.

O, layihə çərçivəsində indiyə qədər Britaniya mətbuatında verilən təxminən 20 xəbərin səhvlərinin düzəldildiyini qeyd edib. Bir o qədər də səhv xəbəri ölkədəki mətbuat ombudsmanı olan Müstəqil Mətbuat Standartları Təşkilatına (İPSO) şikayət edən Versi, yanlış işıqlandıran bəzi qurumların zərər çəkənlərə təzminat ödəməsini də təmin edib.

Versi açıqlamasında məsuliyyətli jurnalistikanın əhəmiyyətindən danışıb: "Jurnalistika demokratiyada mühüm bir rola malikdir. Ancaq bu parlaq peşə müsəlmanlarla bağlı yanlış və mənfi xəbərlərlə ləkələnir. Redaktorlar bu qədər xətalı xəbərin bağlı olduqları jurnalistika standartları ilə paralel olub olmadığını nəzərə almağa məcburdurlar".

Versinin düzəliş edilməsini tələb etdiyi xəbərlər arasında ən çox satılan "San" qəzetinin "Supermarket terroru: Silahlı şəxs Allahu əkbər deyib qışqıraraq İspaniya supermarketinə atəş açdı" başlıqlı xəbəri də var. Versinin bu xəbəri şikayət etməsindən sonra, xəbərin başlığı "Supermarket dəhşəti: Silahlı şəxs İspaniya supermarketinə atəş açdı" ifadəsilə dəyişdirilib. "San" qəzetinin üzr istəyərək yaydığı təkzibdə, həmçinin yerli polis zabitinin təcavüzkarın "Allahu əkbər" deyərək, qışqırmadığını bəyan etməsi də qeyd olunub.

Deyli Meyl saytında "Dörd uşaq anası bıçaqlanaraq, öldürüldü: İslam zəminində bir namus cinayəti ola bilər "orijinal başlıqlı xəbərdəki "İslam" sözünün götürülməsini təmin edən Versi belə danışıb: "Namus cinayətləri dini yox, daha çox mədəni bir məsələdir. İslam dini bu tərz sözdə namus cinayətlərini dəstəkləmir".

Miqdad Versi İPSO-nun bu cür yanlış informasiyaların yayan qurumlara ağır cərimələrin tətbiq etməsini təklif edib.