جمعه 7 اردیبهشت 1403

14 August 2023

Tibilisidə “Fiqh risaləsi” kitabının təqdimat mərasimi keçirilib

Tibilisidə “Fiqh risaləsi” kitabının təqdimat mərasimi keçirilib


Tbilisidə Ayətullahul-üzma Seyid Əli Xamaneinin “Fiqh Risaləsi” adlı şəriət ehkamlarının toplusu kitabının təqdimat mərasimi keçirildi.

Gürcüstanda fəaliyyət göstərən dini təşkilatların təşəbbüsü ilə təşkil edilən mərasimdə ruhanilər, elm və ictimaiyyət nümayəndələri və gənclər iştirak edirdilər.
Mərasimdə çıxış edənlər İslam dinində Fiqh elminin önəmi, İslami qaynaqlardan dini məsələlərin istinbatı (əldə olunması) və müctəhidin məqamı haqqında məlumatlar verildi, İslamın əsas elmlərindən biri olan Əhkamın əhəmiyyətindən danışdılar. İlk olaraq kitabın Azərbaycan dilində nəşrinə zəhməti keçənlərə təşəkkür etdilər.
Qeyd edək ki, Ayətullah Seyyid Əli Xameneinin fətvaları əsasında hazırlanan bu şəriət məsələləri kitabında (İstiftaatdan fərqli olaraq) ümumilikdə 400-dən çox müxtəlif mövzuda 2244 məsələ qeyd olunmuşdur.