شنبه 1 اردیبهشت 1403

14 August 2023

Kərbəlada hava limanının inşasına başlanılıb

Kərbəlada hava limanının inşasına başlanılıb


Xəbər verdiyimiz kimi Kərbəlada beynəlxalq hava limanı tikiləcək. Artıq bugündən hava limanının tikintisinə başlanılıb.

Maidəaz saytının xəbərinə əsasən, Kərbəlada tikiləcək hava limanı layihəsi Britaniyanın “Cooper Jess” şirkətinə həvalə olunub. 

Aparılacaq tikinti işləri 2 il müddətinə başa çatacaq.

Qeyd edək ki, bu hava limanında eniş zolağının uzunluğu 4,5 kilometr olacaq. Kərbəla beynəlxalq hava limanı ildə 15-20 milyon zəvvara xidmət göstərəcək.