جمعه 31 فروردین 1403

14 August 2023

İmam Əlinin (ə) hərəminə yaxın küçə və prospektlər təmizləndi

İmam Əlinin (ə) hərəminə yaxın küçə və prospektlər təmizləndi


İmam Əlinin (ə) pak hərəminin xuddamları geniş təmizlik işləri çərçivəsində, hərəmə yaxın küçə və prospektlərin yuyub, təmizləyiblər.

Dəyərlər saytı İmamali saytına istinadən xəbər verir ki, hərəmin xarici zəvvarlar idarəsinin rəsmisi Heydər Əbdül Müslim açıqlama verərək, geniş təmizlik işlərinin görülməsi məqsədilə yanvarın 19-u səhər saatlarında hərəmin yaxınlığındakı Rəsulallah (s) küçəsi və Cəfər Sadiq (ə) prospektinin yuyulması işlərinə başladıqlarını bildirib. O, küçələrin daha yaxşı tmizlənməsi üçün müxtəlif yuyucu vasitələrdən istifadə etdiklərini bildirib.

Qeyd edək ki, yanvarın 18-də İmam Əlinin (ə) pak hərəminin xadimləri daxili və xarici hissələrdə geniş təmizlik işləri aparmışdır.