شنبه 1 اردیبهشت 1403

14 August 2023

Hz. Əbülfəzl Abbasın (ə) pak hərəminin yenilənmiş hissələrinin yaxın günlərə açılışı olacaq

Hz. Əbülfəzl Abbasın (ə) pak hərəminin yenilənmiş hissələrinin yaxın günlərə açılışı olacaq


Kərbəla şəhərində yerləşən Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəmində təmir-bərpa işləri nəticəsində dam örtüyü şüşə üzlüklərlə əvəzlənməsi işləri müvəffəqiyyətlə başa çatıb.

Dəyərlər saytı Al-Kafeel saytına istinadən xəbər verir ki, hərəmin mühəndis-texniki şöbəsinin əməkdaşları yanvarın 21-də şüşəli dam örtüyünə quraşdırılmış yuyucu sisteminin işlək vəziyyətini yoxlayıblar. Müasir texnologiya ilə təchiz olunan su sistemləri hərəmin şüşəli dam örtüyünün lazım olan vaxtlarda yuyulması və təmizlənməsi üçün quraşdırılıb.

 Hərəmin divarında şüşə şəbəkə işləri də artıq yekun mərhələsinə daxil olub. Yaxın günlərdə hərəmin təmirdən sonrakı hissələrinin açılış mərasimi keçiriləcək.