شنبه 1 اردیبهشت 1403

14 August 2023

72 yaşlı İngiltərə vətəndaşı müsəlman oldu

72 yaşlı İngiltərə vətəndaşı müsəlman oldu


Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda məskunlaşan İngiltərə əsilli 72 yaşlı Terens Kinsaid İslam dinini qəbul edərək, müsəlman olub.

Dəyərlər saytı Türkiyə mediasına istinadən xəbər verir ki, 10 ildir Bodrumda yaşayan Kinsaid, müsəlman dostlarından təsirlənərək, İslam dinini qəbul etməyə qərar verdiyini bildirib. 

Bodrum Müftilər İdarəsi Kinsaidin İslam dinini qəbul etməsi münasibətilə xüsusi mərasim keçirib. Mərasimdə kəlimeyi şəhadət deyən Kinsaidin, özü üçün Harun adını seçib müsəlman olub.

Bodrumun müftisi Əli Ünal yenicə İslam dinini qəbul etmiş ingiltərəli Haruna Qurani-Kərim vә müxtəli dini kitablar hədiyyə edib. Harunun mart ayında Bodrumdakı bir dostuyla Məkkəyə ümrə ziyarətinə getmək üçün müraciət etdiyi bildirilib.