جمعه 7 اردیبهشت 1403

14 August 2023

Yaponiyalı doktorantura tələbəsi İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul etdi

Yaponiyalı doktorantura tələbəsi İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul etdi


Doktoranturada tәhsilini davam etdirәn yaponiyalı aspirant İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul edərək müsəlman olub.

Dəyərlər saytı Astan News-a istinadən xəbər verir ki, Məşhədin Firdovs Universitetində fars dili və ədəbiyyatı üzrə doktorantura təhsili alan yaponiyalı Ryotaro İnokuçi İmam Rzanın (ə) mütəhhər hərəminə gələrək, burada İslam dinini qəbul edib. O, İslam dinini qəbul etməyində Məşhəd şəhərində təhsil alan həmvətənlilərinin də rolunun olduğunu və ona İslam dininin əsaslarını başa saldıqlarını bildirib.

Qüds Rəzəvi ostanında keçirilən xüsusi mərasimlə İslam dinini qəbul edən Ryotaro İnokuçiyə, İslam dini ilə bağlı müxtəlif mənəvi qiymətli hədiyyələr də verilib.