پنج شنبه 13 اردیبهشت 1403

14 August 2023

İŞİD 2016-cı ildə işğal etdiyi ərazilərin 23%-ni itirib

İŞİD 2016-cı ildə işğal etdiyi ərazilərin 23%-ni itirib


İŞİD 2016-cı ildə işğal etdiyi ərazilərin 23%-ni itirib və itirməkdə davam edir. ŞİD terror qruplaşması 2016-cı ildə Suriya və İraqda daha əvvəl işğal etdiyi ərazilərin təxminən dörddə birinə nəzarəti itirib.

Bu barədə islamaz "report"a istinadən xəbər verir.

Böyük Britaniyanın "IHS Markit" analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı il ərzində İŞİD təxminən 18 min kv.km əraziyə nəzarəti itirib, hazırda onların işğalı altında olan ərazilərin sahəsi isə 60,4 min kv.km təşkil edir. Başqa sözlə, 2016-cı ildə İŞİD işğal etdiyi ərazilərin 23%-ni, bir il əvvəl isə 14%-ni itirib.

"IHS Markit" analitik şirkətinin eksperti Kolumb Strekin sözlərinə görə, İŞİD-in ötən ilin dekabr ayında yenidən Palmiranı işğal etməsi Əsəd qüvvələrinin və müttəfiqlərinin həmin müddətdə Hələb məsələsi ilə məşğul olmasıyla əlaqədardır. O qeyd edib ki, İraq ordusunun ilin birinci yarısında Mosulu geri qaytaracağına ümid edirlər.