جمعه 7 اردیبهشت 1403

14 August 2023

Mosulun şərqinin İŞİD-in işğalından tamamilə azad edildiyini bildirilib.

Mosulun şərqinin İŞİD-in işğalından tamamilə azad edildiyini bildirilib.


Dəyərlər saytı Sputnik-ə istinadən xəbər verir ki, İraqın Terrorla Mübarizə Qüvvələrinin komandanı Talib Şigati bu barədə məlumat verib. O, Mosulun şərqinin (Dəclə çayının şərqi) tamamilə İŞİD terrorçularından təmizləndiyini bildirib.

Şigati, əməliyyatlar zamanı insan haqlarını nəzərə aldıqlarını qeyd edərək, Mosulun qərbini İŞİD-dən azad edilməsi üzrə əməliyyat planlarını da həll etdiklərini bildirib.

İraqın baş naziri Heydər Əl-Əbadi də yanvarın 17-də keçirdiyi mətbuat toplantısında, Mosulun qərbi üçün əməliyyat hazırlığını sürətləndirdiklərini qeyd etmişdir.