logo logo
  • تاریخ انتشار:‌ 1395/10/29 - 12:00 ق.ظ
  • چاپ
Gözləri olmasa da qəlbinin nuru ilə Quranı 25 il tədris etdi

Gözləri olmasa da qəlbinin nuru ilə Quranı 25 il tədris etdi

Gözləri olmasa da qəlbinin nuru ilə Quranı 25 il tədris etdi

Türkiyənin Quran təlimçisi, Əxlaq və İlahiyyat müəllimi Mümmər Özbəy anadangəlmə kor olmasına baxmayaraq 25 ildir ki, özü kimi görmə qüsuru olanlara "Bril" əlifbasının köməyi ilə Quran tədris edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Quran təlimçisi, Əxlaq və İlahiyyat müəllimi Mümmər Özübəy anadangəlmə kor olmasına baxmayaraq 25 ildir ki, özü kimi görmə qüsuru olanlara "Bril" əlifbasının köməyi ilə Quran tədris edir.

Müəmmər Özübəy Türkiyənin "Qaziyantəpə" şəhərində anada olmuşdur. Onun gözləri anadangəlmə qüsurlur, görmür. Bununla belə orta məktəb təhsilini anadan olduğu şəhərdə başa vurduqdan sonra Quniyə şəhərində "Səlcuq Universiteti"nə qəbul oldu. Ali təhsili bitirdikdən sonra Qaziyantəpədə görmə qüsuru olanlara məxsus məktəblərdə Quran, İlahiyyat və Əxlaq dərslərini tədris etməyə başladı və indi də bu sahədə müəllim və məşqçidir.

Fiziki gözləri görməsə də qəlb gözü ilə görənlərə 25 ildir Quran tədris edən Müəmmər Özübəy deyir: Türkiyənin "Fətva Evi" bu işi mənə təklif etdiyi vaxt canla-başla qəbul etdim. Çünki elə universitet oxuduğum zamandan bu fikirdə idim ki, görmə qüsuru olanlara Quran- Kərimi oxumağı öyrədim. Buna görə də Quran müəllimi işləməyim mənim üçün çox dəyərli və zövqvericidir.

O əlavə edib: 2007-ci ildən indiyədək Qaziyantəpədə görmə qüsuru olanlar üçün 8 dövrə Quran- Kərim kursları təşkil etmişəm. Bu kurslarda onlarla görmə qüsuru olan insanlar Quran-Kərim oxumağı öyrəniblər. Mən bunu özüm üçün böyük uğur hesab edirəm.

Türkiyənin Quran təlimçisi, Əxlaq və İlahiyyat müəllimi Mümmər Özübəy müsahibəsinin davamında görmə qüsuru olanlar üçün Quran-Kərim dərnəyi təsis etdiyini də vurğulayıb ki, bu dərnək 6 ildir fəaliyyət göstərir. Dərnək görmə qüsuru olanların Quran-Kərimi öyrənməsi üçün münasib şərait yaradılması hədəfi ilə təsis edilib.

 

مطالب مشابه