شنبه 8 اردیبهشت 1403

14 August 2023

İmam Əlinin (ə) pak hərəminin yuyulub təmizlənməsi mərasimi keçirildi

İmam Əlinin (ə) pak hərəminin yuyulub təmizlənməsi mərasimi keçirildi


Nəcəfül-Əşrəfdəki İmam Əlinin (ə) pak hərəminin xadimləri hərəmin daxili və xarici hissəsində geniş təmizlik işləri aparıblar.

Dəyərlər saytı İmamali saytına istinadən xəbər verir ki, gecənin soyuq və şaxtalı olmasına baxmayaraq, hərəmin xadimləri mövla İmam Əlinin (ə) zəvvarlarının ibadətlərinə mane olmamaq üçün gecə saatlarında geniş təmizlik işlərinə başlayıblar. Təmizlik işləri çərçivəsində, İmam Əlinin (ə) zərihinin olduğu məkan şampunla yuyulub, təmizlənilib və yeni xalçalar döşənib. Bundan başqa hərəmin günbəzlərinin, divarlarının yuyulması, qapı və pəncərələrinin təmizlənməsi işləri aparılıb.