شنبه 1 اردیبهشت 1403

14 August 2023

Londonda hicablı xanım irqçilik əleyhinə kampaniya başlatdı

Londonda hicablı xanım irqçilik əleyhinə kampaniya başlatdı


Londona işgüzar səfərə gedən hicablı müsəlman xanım burada islamofobiya hücumuna məruz qalıb. Əhlibeyt saytının yazdığına görə, amerikalı araşdırmaçı və Vaşinqtonda irqçilik əleyhdarı qrupun üzvü olan 46 yaşlı Nəhilə Əşrəf keçən həftə bir konfransda iştirak etmək üçün Londona səfər etmişdir. Nəhilə Əşrəf Londonun Hammersmit bölgəsində bir nəfər tərəfindən hücuma məruz qaldığını bildirərək, hadisəni irqçiliyə qarşı kampaniaya təşkil edərək qınadığını bildirib.

Əşrəflə birgə olanlar "müsəlmanlar burada olmamalıdır" deyə bağıran təcavüzkar şəxsi ondan uzaqlaşdırıb və polisə zəng ediblər.

Əşrəf bu hadisə haqqında ilk dəfə islamofobiya hücumuna məruz qaldığını və bunun da Londonun multikultural dəyərlərə malik Hammersmitdə baş verdiyini qeyd edib. Bu hadisədən sonra, o, Londondakı irqçilik əleyhdarı olan həmkarlarıyla əlaqə saxlayaraq, onlara hadisə barədə danışıb və bu hadisə müqabilində hərəkətə keçmələrini istəyib.

İrqçilik əleyhdarı qrup bir kampaniyaya başlayaraq, bu hadisəni qınayıblar. Keçirilən kampaniyada, təxminən 50 nəfər müsəlman qadına verdikləri dəstəyi açıqlayıblar.

London polisi də hadisəni araşdırır. Polis bu barədə məlumata malik olan hər kəsi əməkdaşlıq etməyə çağırıb.