جمعه 10 فروردین 1403

14 August 2023

Dini Komitə: Dini məbədlərə təbii qaz əvəzsiz verilir

Dini Komitə: Dini məbədlərə təbii qaz əvəzsiz verilir


Islamazəriaz saytının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə ünvanladığı sorğunun cavabına mail vasitəsilə cavab verib. Göndərilən sual və cavabı təqdim edirik:

Ölkədə fəaliyyət göstərən məscidlərə kommunal xərcləri qarşılaması üçün hər hansı bir yardım edilirmi?

Ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısının təzahürü olaraq Azərbaycan Prezidentinin tapşırığına əsasən, dini məbədlərə təbii qaz əvəzsiz verilir. Təbii qazla təmin olunmuş məbədlərin hər birinə illik limit tətbiq olunur.

Hansı məbəd nəzərdə tutulmuş limitdən artıq qaz istifadə edəcəksə, onun pulu ödənilməlidir. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinə görə Komitə dini qurumlara maddi yardım göstərmir. Dövlət Komitəsi Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmaların qeyd edilən istiqamətlərdəki layihələrini maliyyələşdirir.