جمعه 10 فروردین 1403

14 August 2023

Mosulda Yunis peyğəmbərin (ə) məqbərəsi işğaldan azad oldu

Mosulda Yunis peyğəmbərin (ə) məqbərəsi işğaldan azad oldu


İraq qüvvələri Mosulda daha bir bölgəni İŞİD terror qruplaşmasının işğalından azad edib. 

Maidəaz xəbər verir ki, İraq qüvvələri Yunis preyğəmbərin (ə) məqbərəsini azad edib. 

İraq ordusunun terrrorizmlə mübarizə qüvvələrinin sözçüsü Səbah Əl-Neman deyib ki, biz Yunis peyğəmbərin (ə) məqbərəsi olan bölgəni işğaldan azad etdik. 

İŞİD terror qruplaşması Yunis peyğəmbərin (ə) məqbərəsini 2014-cü ildə İraqın Mosul şəhərini işğal etdikdən sonra Yunis peyğəmbərin (ə) məqbərəsini dağıtmışdır. 

İraq KİV-ləri bildirir ki, İraq qüvvələri artıq  Mosul şəhərinin şərqində 90 faiz ərazini İŞİD terrorçularından təmizləyib. Yaxın günlərdə Mosulu şərq hissəsinin tamamilə azad olunacağı gözlənilir.