پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

İranın Airbusdan aldığı yeni təyyarənin ilk uçuşunu İmam Rzanın (ә) hərəminədir

İranın Airbusdan aldığı yeni təyyarənin ilk uçuşunu İmam Rzanın (ә) hərəminədir


İranın Airbusdan aldığı yeni təyyarə ilk uçuşunu İmam Rzanın (ә) hərəmini təvaf etməklə başlayacaq. 

İran Air-in baş direktorunun müavini Həsən Qasımi 38 illik fasilədən sonra, alınan yeni Airbus A321 tipli ilk sərnişin təyyarəsinin Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəmini havada "təvaf" edəcəyini söyləyib.

Dəyərlər saytı xəbər verir ki, İranın dövlət televiziyasının 3-cü kanalındakı "Hala Hurşid" proqramına telefonla qatılan Qasımi, sərnişin təyyarəsinin bir-iki gün ərzində Məşhədə aparılacağını qeyd edib. Qasımi təyyarənin alınmasıyla əlaqədar prosesdə ölkənin dini və milli dəyərlərinə zidd bir hərəkətin olmadığını deyib. O, Airbus ilə aparılan razılaşmanın ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin "Müqavimət iqtisadiyyatı" doktrinasına da uyğun olduğunu qeyd edib.